İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” Messinin məşhur nömrəsini qalmaqallı futbolçuya verəcək

756 31.12.2023 19:43 İdman A A

“Barselona” icarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu transfer etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri yazıb.

"Barselona" 22 yaşlı forvard üçün "Mançester Yunayted"ə təxminən 46 milyon avro təklif etməyə hazırdır.

Üstəlik, İspaniya klubu yeni gələnə komandanın əfsanəsi Lionel Messinin gedişindən sonra boş qalan simvolik 10 nömrəni vermək niyyətindədir.

Bu mövsüm Meyson Qrinvud “Xetafe”nin heyətində 15 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt.de saytı oyunçunun qiyməyini 7,5 milyon avro qiymətləndirir.

Xatırladaq ki, ötən mövsüm Qrinvudun adı qalmaqala qarışmışdı. O, “Mançester Yunayted”də oynayarkən bir qadına qarşı zorakılıq etməsi iddiaları ilə üzləşmişdi və onu qeyri-müəyyən müddətə oyunlarda və məşqlərdə iştirakdan kənarlaşdırmışdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR