İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” futbolçusunu 10 milyona satdı

736 17.04.2023 00:12 İdman A A

"Sportinq" "Barselona"dan icarəyə götürdüyü Fransisko Trinkanı birdəfəlik alıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "Tvitter" hesabında məlumat verib.

Kataloniya təmsilçisi 23 yaşlı hücumçunun satışından 10 milyon avro qazanıb. Klub portuqaliyalı oyunçunun növbəti satışından 50 faiz almaq hüququna malikdir. "Barselona"nın Trinkanı 20-25 milyon avroya geri almaq variantı da olacaq.

Trinkan 2020-ci ilin yayında 31 milyon avroya "Braqa"dan "Barselona"ya keçib.O, bu mövsüm "Sportinq"də 44 matçda 12 qol vurub və 3 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR