İnsanlara hürriyət, millətlərə istiqlal!

Balta ilə qardaşının mağazasına basqın etdi - ANBAAN VİDEO

1309 16.10.2022 02:42 Hadisə A A

Muğlada yaşayan Hüseyn A. qardaşı Mehmet Ali A.-nın mağazasına balta ilə hücum edib.

Musavat.com xəbər verir ki, kassirə hücum edərək piştaxtalardakı məhsulları və seyfləri sındıran Hüseyn A.-nın hücum anları təhlükəsizlik kamerasına əks olunub.

Qəzəblə mağazaya daxil olan Hüseyn A. durmadan qışqırmağa başlayıb. Bu vaxt kassada dayanan işçi vəziyyəti anlamaq üçün Hüseyn A.-nın yanına yaxınlaşmaq istəyib. Hüseyn A. əlindəki balta ilə həmin şəxsə də hücum edib.

Mağaza işçisi son anda geri çəkilib. Hüseyn A. bu dəfə mağazanı dağıdıb, daha sonra oradan uzaqlaşıb. Hadisə baş verənzaman marketdə qadın müştərinin də olduğu bildirilib. 

Onun hansı səbəbdən qardaşının dükanına hücum etməsi hələlik məlum olmayıb. Sözügdən hadisə ilə bağlı Muğla polisi tərəfindən araşdırma aparılır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR