Ermənistanın U-17 güləş millisi Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bununla yanaşı, yarışda erməni əsilli iki güləşçi digər ölkələrin - Moldova və Rusiya yığmalarının heyətində mübarizə aparacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək davam edəcək.
Musavat.com






