İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya gəldi - "Qarabağ"ın düşərgəsində nə vaxt görünəcək?

6874 01.09.2023 20:22 İdman A A

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Rakuv"la oyunundan öncə keçirilən məşqdə zədələnən Marko Veşoviç müalicəsi ilə əlaqədar olaraq Azərbaycanı tərk etdiyini xəbər vermişdik.

Monteneqrolu müdafiəçi bərpa kursunu keçmək üçün Serbiyaya getmişdi.

Təxminən 20 gün adıçəkilən ölkədə fizioterapevtlərin nəzarətində bərpa olunan əcnəbi futbolçu artıq Bakıdadır.

O, özünü komandasının Avropa Liqasının pley-off mərhəsinin "Olimpiya" ilə cavab matçına çatdıraraq görüşü ailəsi ilə tribunadan izləyib.

Amma "29 nömrəli" futbolçunun məşqlərə qoşulması bir qədər zaman alacaq.

Milli üzvü ən tezi 1 ay sonra Qurban Qurbanovun sərəncamında ola biləcək/ SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR