Dünən axşam saatlarında Bakının mərkəzində, şəhərin ən hərəkətli və nəzarətin ən güclü olduğu ərazilərdən sayılan “Torqovı” küçəsində bir neçə nömrəsiz avtomobilin sərbəst şəkildə hərəkət etməsi diqqət çəkib.
Hadisə Tv Musavat əməkdaşı tərəfindən qeydə alınıb.
Məlum olduğu kimi, yol hərəkəti qaydalarına əsasən, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitələrinin istismarı qadağandır və bu hal ciddi inzibati məsuliyyət yaradır. Adi sürücülər üçün bu cür pozuntu dərhal cərimə və avtomobilin cərimə meydançasına aparılması ilə nəticələnir.
Lakin görüntülərdə Bakının mərkəzində, piyadaların və polis nəzarətinin sıx olduğu ərazidə nömrəsiz avtomobillərin heç bir maneə ilə üzləşmədən hərəkət etməsi suallar doğurur. Bu nəqliyyat vasitələri kimə məxsusdur? Hansı əsasla onlara istisna tətbiq olunur? Yoxsa qanun hamı üçün eyni deyil?
Foto və videogörüntüləri oxucuların nəzərinə çatdırırıq:
Hüseyn Muradbəyli
Foto, video MÜƏLLİFİNDİR






