İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu ərazisində kanalizasiya problemi təhlükə saçır – FOTOLAR

561 07.09.2023 15:49 Gündəm A A

Bakının Sabunçu rayonunda, Yeni Ramana qəsəbəsində yaşayan sakinlər kanalizasiya problemindən əziyyət çəkirlər.

Bu barədə Medianews.az saytına Yeni Ramana qəsəbəsində yaşayan sakinlər məlumat veriblər.

Şikayətçilər bildirir ki, sözügedən ərazidəki kanalizasiya xətləri artıq istismara yararsız vəziyyətdədir. İki gündən bir kanalizasiya xətləri tutulur və çirkab suları küçəyə axır. Şikayətçilər onu da bildiriblər ki, yağış yağan zaman da xətlər tutulur və çirkab sularının küçəyə axması problem yaradır.

Xətlər tutulan zaman qəsəbə sakinləri xətləri kustar üsullarla özləri açmaq məcburiyyətində qalırlar. Eyni zamanda kanalizasiya lyuklarının qapaqları da küçədə oynayan uşaqlar üçün təhlükə yaradır. Belə ki, sözügedən ərazidə bir çox kanalizasiya lyuklarının qapaqları yoxdur. Həmin lyuklara qapaq əvəzi məhəllə sakinləri tərəfindən dəmir parçalar yerləşdirilib. Bu da dəfələrlə bir neçə avtomobilə zərər verib. Eyni zamanda həmin lyuklara məhəllədə oynayan balaca uşaqlar da düşərək bir neçə dəfə xəsarət alıblar.

Sakinlər bildirirlər ki, sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də onların heç bir şikayətinə baxan olmayıb.

 

  

 

  

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR