İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İstanbula uçan təyyarə geri qayıtdı

1115 10.07.2024 16:16 Son xəbər A A

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Məlumata görə, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər: "Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR