İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı beynəlxalq konfransdan dünyaya çağırış: "Qərbi azərbaycanlılar öz yurdlarına qayıtmalıdır"   FOTO

589 08.07.2024 13:43 Ölkə A A

İyulun 8-də Bakıda “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə  “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Musavat.com bildirir ki, konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, siyasilər, hüquqşünaslar, media nümayəndələri iştirak edib.

İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyyam Əsgərov bildirib ki, konfransın məqsədi Qərbi Azərbaycan ərazilərinə tarixi, mədəni və hüquqi baxışlar əsasında qayıdışın yollarını müzakirə etməkdir.

O, qeyd edib ki, Azərbaycan 30 il ərzində erməni separatizminə qarşı mübarizə aparıb:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanıb, ərazi bütövlüyümüzü bərpa edib. Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işləri həyata keçirir, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Qərbi azərbaycanlı vətəndaşlarımız da öz dədə-baba yurdlarına qayıdıb orada yaşamalıdırlar".

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında bildirib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı Ermənistan tərəfindən deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Soydaşlarımız etnik təmizləməyə məruz qalıb, ermənilər hər tarixi fürsətdə onları doğma yurdlarından qovub çıxarıblar.

 Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç isə bütün dünyadan Qərbi Azərbaycan üçün ədalət istədiyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan kökənli olan türkiyəli siyasətçi, prezidentliyə keçmiş namizəd Sinan Oğan isə azərbaycanlıların türklərin öz doğma yurdlarına qayıdacağına inandığını deyib.

Digər çıxışçılar Qərbi Azərbaycanın qədim dövrlərdən bəri xalqımızın doğma vətəni olduğunu sübut edən faktlar təqdim edilib. Həmçinin Qərbi Azərbaycan ərazilərində Azərbaycanın mədəni irsi və bu irsin qorunması, yenidən canlandırılması yolları müzakirə olunub. Beynəlxalq hüququn normalarına əsaslanaraq, Qərbi Azərbaycan ərazilərinə qayıdışın hüquqi aspektləri və bu prosesi həyata keçirmək üçün hüquqi mexanizmlərə diqqət çəkilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR