İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yol polisi ilə sürücü arasında İNSİDENT - VİDEO

1359 20.09.2022 17:45 Hadisə A A

Bakıda sürücü və yol polisi arasında insident yaşanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə paytaxtda baş verib.

Onun sözlərinə görə, sürücü avtomobili “Axundov bağı”nın yaxınlığında, hərəkətin sıx olduğu bir yerdə qanunsuz olaraq park edib.

"Bu zaman DYP əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin oradan götürülməsi üçün xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barəsində tədbir görülüb. Əgər sıxlıqdan, tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı video çəkib, daha sonra özünə qahmar çıxmaq istəyən, kütlə yaratmaq naminə ictimai fikirə təsir etmək və bu ucuz məqsədi güdərək qanun keşikçisinin işinə təsir etmək arzusunu, yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək", - deyə DYP rəsmisi qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR