İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış evinə düşən fişəng yanğına səbəb olub - YENİLƏNİB VİDEO

1544 01.01.2024 01:14 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

00:58

Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan pirotexniki vasitələrdən biri yaşayış evinə düşüb.

Hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai Park Yaşayış Kompleksində baş verib.

Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR