İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yanacaq daşıyan avtomobil aşdı, ÖLƏNLƏR VAR FOTO

2025 21.03.2022 16:19 Hadisə A A

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR