İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yağ içində üzən, Xankəndidə günəbaxan yağı gəzən ermənilər…

2141 17.05.2023 16:51 Yazarlar A A

Hay saxtakarlarının daha bir yalanı ifşa olundu, özü də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən. Separatçılar və onların Ermənistandakı dəstəkçiləri neçə vaxtdır zəhlətökənlik edirdilər ki, aman, qoymayın, Azərbaycan aprel ayından – xüsusən də Laçın Sərhəd Nəzarət Məntəqəsi qurulandan etibarən “Qızıl Xaç”ın əməkdaşlarını Qarabağa buraxmır, “humanitar fəlakət” yaşanır, qırılırıq, batırıq, yerdən götürənimiz yoxdur!

Budur, həmin “Xaç” bəyan edib ki, bu məsələdə Azərbaycanın hər hansı günahı yoxdur. Çünki “Beynəlxalq Qızıl Xaç Komitəsinin özü Laçın dəhlizi ilə humanitar daşımaları dayandırıb”. Belə bir açıqlamanı hətta BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni erməni mətbuatının sorğusuna cavab olaraq bildirib. Həmin bu Amatuni deyib ki, bəzi prosessual məsələlərin aydınlaşdırılmasına ehtiyac var idi. O, prosesin tezliklə yenidən başlayacağına ümid etdiyini bildirib. “Hazırda prosedurların aydınlaşdırılması və fəaliyyətimizi bərpa etmək üçün bütün qərar qəbul edən strukturlarla dialoq aparılır”, - BQXK-nın Ermənistandakı nümayəndə heyətinin nümayəndəsi əlavə edib.

6c13b591-d6b7-4184-a0bd-1db27c2aa07c.jpg (62 KB)

Heç olmasa bundan sonra saxtakar haylar ölüb yerə girəcəklərmi? Beynəlxalq Qızıl Xaç Komitəsinin aprelin 29-dan sonra xəstələri daşımamasına, dərmanların tədarükünü dayandırmasına görə Azərbaycanı ittiham etdiyinə görə?! Çətin, hara ölürlər? Hələ yenə də yaydıqları bu təkzib xəbərinə əlavə ediblər ki, “Azərbaycan təhlükəsizlik qüvvələri Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırdıqdan sonra BQXK-nın avtomobillərinə əvvəllər yoxlanış tələb edir”.

Adam bu məqamda söz tapa bilmir bunca həyasızlığa. Dünyanın hansı ölkəsinin sərhədində “Qızıl Xaç”ın maşınını görən kimi “gəl, keç” deyirlər, sənəd də yoxlamırlar?  

Bəli, biz BQXK-dən narazıyıq. “Qızıl Xaç” aylardır ki, bir ovuc erməninin yolunda - əslində yol Azərbaycana məxsusdur, ayrı fikrə düşməsinlər - əsir-yesir olub. O da istisna deyil ki, komitənin əməkdaşları bu əziyyətlərə təmənnasız qatlaşmadılar. Görünür son zamanlar separatçıların pul-parası tükənib, həm də artıq Ermənistan Qarabağdakı quldurlara pul xərcləmək istəmir, Paşinyan öz haylarının hayındadır, bir də 29.8 min kv km-lik Ermənistanın.

Əgər “Qızıl Xaç” Laçın qapısında yoxlanıb keçmək istəməyibsə, deməli, şübhəli əlaqələrə və yükdaşımalara görədir bu…Əks təqdirdə, niyə yoxlanışdan çəkinsin? Görünür fəaliyyətlərində müəyyən korrektlər etməkdən başqa çarələrinin qalmadığını qəbul ediblər. Yoxsa düşünürdülər ki, əbədi şəkildə Laçın yolu “karvansaray qapısı” olacaq, istədiklərini maşınlara doldurub separatçılara daşıyacaq, onları bəsləyəcəklər…Alınmadı. Daha keçdi o günlər.

Həm də necə olur ki, gününü Xankəndidə keçirən BQXK əməkdaşları azıb Ermənistana keçdiyinə görə işgəncələrə məruz qalan iki Azərbaycan hərbçisi ilə yalnız günlərdən sonra bir dəfə görüşür, bir məktub gətirməklə işini bitmiş sayır? Niyə? Bu sualların da cavabı olmalıdır, mütləq.

9cab96a8-8714-4d2a-9968-480e870e073f.jpg (127 KB)

Bundan əvvəl də separatçıların saxta şouları dəfələrlə ifşa olunub. Bütün dünya gördü ki, Azərbaycan Qarabağda nəinki genosid eləmək fikrində deyil, hətta öz ərazilərindəki 10 min terrorçunun belə dinc şəkildə rədd olub getməsində maraqlıdır, toqquşmalar olmadan. Dünyada ikinci belə, humanist dövlət tapmaq çətindir! Elə bu günlərdə qadın terrorçu Suriyanın ərazisində məhv edildi, kimsə antiterror əməliyyatı keçirən qüvvələrə, dövlətlərə “niyə etdin” demədi. Çünki terrorçu bu cəzanı haqq edir, o cümlədən Azərbaycan ərazisindəki 10 MİNlik erməni terrorçuları!

Qarabağdakı hay dəstəsi hələ də ötənlərdən dərs çıxartmayıb. Sonuncu “mitinq”lər də bunu göstərdi. Ruben Vardanyanın sayıqlamalarından sonra Samvel Babayan başına dəstə yığmağa çalışır. 35 il əvvəl “miatsum” şüarı ilə meydana çıxan separatçılar bu gün bir-birinin ətini yemək üzrədirlər, bir-birinə ultimatum verirlər. Adətən, belə olur, gəmidəki canlılar bir-birini yediyi kimi…Babayan Arutyunyana 2 saat vaxt vermişdi, başına adam yığa bilmədi, dağılışdı olan-qalan dəstəsi də…Unudurlar ki, Azrbaycan ərazilərində vaxt vermək ancaq Azərbaycan dövlətinin müstəsna hüququdur. Yenidən qarışıqlıq salmaq, himayədarlarını prosesə cəlb etmək istəyirlər. Görünür Azərbaycanın VAXT qoymasına ehtiyac yaranacaq tezliklər: silahları yerə qoymaq üçün! Silah oyuncaq deyil, əldə varsa, demək hər an açıla bilər. Azərbaycan dövləti özünü “dövlət” adlandıran oyuncaqların nazı ilə çox da oynamayacaq.

04405acf-7471-4857-a366-a552a8b4b376.jpg (57 KB)

Bu arada, separatçı rejimin “dövlət nəzarətini idarəetmə komitəsi” adında oyuncağı bildirib ki, “bəzi vətəndaşlar artıq ərzaq talonlarından istifadə edib, bir sıra texniki nasazlıqlar səbəbindən yeni qida talonlarının verilməsi prosesinə hələ də başlanılmayıb”.

Həmin bu oyuncaq “komitə” bildirib ki, “vətəndaşlar bu keçid dövründə geniş istehlak edilən bir sıra məhsullara, xüsusən də günəbaxan yağı və şəkərə kupon almaq üçün artsax respublikasının dövlət müfəttişliklərini idarəetmə komitəsinə”, filan ünvana müraciət edə bilərlər. “İstifadə müddəti bitmiş kuponlardan istifadəyə gəlincə, vətəndaşlar yeni kuponlar verilənə qədər istifadə müddətindən asılı olmayaraq öz kuponlarından istifadə edə bilərlər”-daha sonra bildirilib.

6f6df12d-429a-4919-8bc2-b19c75e92bad.jpg (122 KB)

Bax, separatçılar, onlardan da oyuncaq kimi istifadə edənlər Qarabağdakı bir ovuc erməninin başına bu oyunları açırlar. Dünyanı hansı vaxtıdır ki, günəbaxanı kuponla alırsınız, ay bədbəxtlər? Düzdür, Bakıda yaşayan 30 min erməni də vaxtilə kuponla ərzaq alıb, amma 30 il əvvəl. Bu günsə “yağ içində üzür”lər. Qarabağ erməniləri isə 30 il əvvələ qayıdıblar: “miatsum” dedikləri dönəmə. Özləri tikə-parçadırlar, ümidsiz, ölgün halda, amma hikkələrindən əl götürmürlər. Bakıdakı ermənilərdən də azdılar e Qarabağda…

Qoy bakıdakılar müraciət etsinlər: günəbaxan yağı və şəkər istəyirsiniz? Azərbaycan dövlətinə bircə müraciət bəs edər…

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR