İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda vəkilin avtomobilinə HÜCUM: Sənədləri və mantiyası oğurlandı - VİDEO

1118 18.03.2022 10:15 Hadisə A A

Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib.

Musavat.com xəbər verir ki, N.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, avtomobilinin şüşəsini sındırıblar, sənədləri götürüblər: "Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib. Mənə məxsus "Mercedes" markalı avtomobilə hücum edilib, vəkil mantiyamı oğurlayıblar. Avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı polisə və Vəkillər Kollegiyasına məlumat vermişəm".

Vəkil qeyd edib ki, həmin ərazidə olan qonşusuna məxsus avtomobilin də şüşəsini sındırıb, oğurluq ediblər.

Hadisə yerindən videoçəkilişi təqdim edirik:

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR