İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ŞOK - Kimsəsiz uşaqları bir yerə toplayıb... - VİDEO

1638 25.04.2023 18:32 Hadisə A A

Əhmədli qəsəbəsində kimsəsiz uşaqlar üçün keçirilən bayram tədbirində uşaqlar dini ayinlərə cəlb olunub.

BAKU.WS-in xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yetkinlik yaşına çatmayan, valideyn himayəsindən məhrum olan uşaqların dini ayinlərin icrasına cəlb edilməsi əks olunub.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən, Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilib.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR