İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var

798 12.10.2022 14:54 Hadisə A A

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR