İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda saxta dollar əməliyyatı - Axtarışda olan şəxs ələ keçdi - VİDEO

1648 16.11.2023 16:18 Kriminal A A

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a bildirilib ki, paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dəstə üzvləri saxta əskinasları Türkiyədən Azərbaycana keçiriblər. Dəstə üzvlərindən Gülnarə Eynullayeva bundan əvvəl ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkət olan 33 yaşlı Bakı şəhər sakini Qurbanov Səid Elmar oğlunun maşını ilə toqquşub. Nəticədə Səid Qurbanov hadisə yerində dünyasını dəyişib. Bəzi iddialara görə, Gülnarə Eynullayeva barəsində bundan əvvəl oğurluq hadisəsinə görə cinayət təqibi başlanıb. Bu işlə bağlı ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin Gülnarə Eynullayevanı saxlanılması mümkün olmadığından onun barəsində axtarış elan edilib. Beləliklə, DİN-nin əməliyyatı nəticəsində axtarışda olan Gülnarə Eynullayeva ələ keçib.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, dəstə üzvləri Türkiyədən gətirilməsi iddia olan saxta əskinasları əsasən “Sədərək” və “Meyvəli” bazarlarında alış-veriş ediblər. Gülnarə Eynullayevanın barəsindəki əvvəlki cinayət işi isə “Laçın” univermağından 97 min manatlıq oğurluqla əlaqəlidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR