İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Range Rover" qəza törədib, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb -YENİLƏNİB

2798 09.10.2022 16:13 Hadisə A A

Ötən gecə Sabunçu rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həlak olub.

Musavat.com xəbər verir ki, qəza nəticəsində "Kia" markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra vəfat edib.

Xəsarət alan digər iki sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb "Range Rover" markalı minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

***

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nardaran qəsəbəsində yerləşən "Sea breeze" otelinin yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR