İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nənə və nəvəni maşın vurub - ölən var

566 24.12.2022 23:04 Hadisə A A

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı uşaq ölüb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu minik avtomobili vurub.

Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb. Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR