İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda namaz qılan qadın amansızlıqla öldürüldü

1038 11.02.2025 09:14 Kriminal A A

Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri zəminində dəhşətli qətl hadisəsi baş verib.

Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.

Hadisəni qadının həyat yoldaşı, 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.

Qeyd olunur ki, o, dəmir əşya ilə qadının başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyitin belində də barmaq izlərinin olduğu müəyyənləşib.

Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Hüquq mühafizə orqanlarından hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Baku.ws)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR