İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda minik və yük avtomobilləri toqquşdu - Ölən və yaralananlar var

516 30.12.2022 10:55 Hadisə A A

Bakı-Qazax şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi VAZ-21014 markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR