İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məşhur taksi sürücüsü həbs edildi - FOTOLAR

2217 10.10.2023 09:50 Kriminal A A

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində "Toyota Prius" markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.

Avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün maşın sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.

S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə, sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, Sabir Qocayev "TikTok" sosial şəbəkə platformasında çəkdiyi videolar ilə məşhurlaşıb. (Bizim.media)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR