İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda maşın yük avtomobilinə çırpıldı: YARALILAR VAR - FOTO

426 22.12.2023 11:52 Hadisə A A

Bakının Nərimanov rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsinə gedən istiqamətində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Bir nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb.
Hadisənin səbəbləri araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR