İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi qonşusunu balta ilə vurdu

689 06.05.2023 17:12 Hadisə A A

Bakı sakini qonşusunu baltalayıb.

Musavat.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Məmmədzadə Namiq Mövsüm oğlunun baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyev tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR