İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi keçmiş arvadının maşınını qaçırıb mağazaya çırpdı - VİDEO

1222 07.09.2023 09:20 Hadisə A A
 
 
Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
 
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.
 
Belə ki, Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus "Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.
 
Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb. Qadın polisə müraciət edib. Əraziyə yanacaq dağıldığlna görə FHN-in DYMX-nin əməkdaşları o cümlədən polislər cəlb edilib. Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.
 
Hadisənin videosunu baku.ws saytı yayımlayıb.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR