İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi hoteldə öldü

1146 12.09.2022 15:53 Hadisə A A

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “İstanbul” hotelində baş verib.

Qadın tanışı ilə hotelə gələn Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü İ.Məmmədov gecə saat 03 radələrində qəfil ölüb. Onun infarkt səbəbindən vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR