İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişi 100 minlik avtomobili aldığı gün qəzaya düşdü - Foto

1547 23.12.2022 09:20 Hadisə A A

Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi Babək prospektində baş verib.

“İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb. Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, “Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o, maşını elə bu gün alıb.

2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR