İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əfqan qız özünü yandırmaq istədi

1354 29.03.2023 13:57 Son xəbər A A

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.

Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR