İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DƏHŞƏTLİ QƏZA: Avtomobil qadını vuraraq öldürdü

923 20.09.2022 10:43 Hadisə A A

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hadisə sentyabrın 19-u saat 22:40 radələrində paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi "Haval" markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR