İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DƏHŞƏT: Qayınanasını döyüb, xəstəxanalıq etdi

1042 10.11.2023 15:53 Kriminal A A

Bakıda gəlini tərəfindən döyülən qadının son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Xəzər Tibb Mərkəzindən Oxu.Az-a bildirilib ki, 1966-cı il təvəllüdlü qadın ötən gün mərkəzinin Təcili tibbi yardım şöbəsinə daxil olub:

“Ona sağ bazu nahiyəsinin, sağ süd vəzinin qansızması və sağ bud-çanaq nahiyəsinin gərilməsi diaqnozu qoyulub. Xəstəyə müvafiq tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.

***

Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1966-cı il təvəllüdlü Olqa Vladimir qızı Əliyeva döyülüb. Ağır xəsarət alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin və üz nahiyəsinin çoxsaylı əzikləri diaqnozu qoyulub. Ona xəsarət yetirməkdə gəlini şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR