İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda camış əti dana əti adı ilə satılır? - İDDİA VİDEO

1570 16.02.2024 00:51 Ölkə A A

Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır. Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar.

Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub.

Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti olduğunu etiraf ediblər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilib ki, vətəndaşlar ət və ət məhsulları alarkən satıcıdan mənşə sənədini tələb etsinlər və bu məsələdə diqqətli olsunlar.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR