İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

512 05.09.2025 16:56 Ölkə A A

Bakı şəhərinin küçələrində aparılacaq təmir işləri ilə əlaqədar bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (tam bağlanma nəzərdə tutulmur).

Musavat.com xəbər verir ki, həmin ərazilər aşağıdakılardır:

- 07 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;

- 07 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində).

Bu səbəbdən, sürücülərdən parılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR