İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda azyaşlılar olan maşında təhlükə yarandı - VİDEO

489 30.12.2023 16:26 Hadisə A A

Bakıda içərisində azyaşlılar olan maşında təhlükə yaranıb.

Musavat.com-un məlumatına görə, hadisə paytaxtın Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsünün üzərində baş verib.

Körpünün üzərində hərəkət edən avtomobillərdən birinin mühərrik hissəsində texniki səbəbdən qəfil buxarlanma yaranıb.

Avtomobildə azyaşlı uşaqlar olduğundan və digər təhlükəli vəziyyətin yaranmaması üçün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən dərhal yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib. Yol polisi əməkdaşlarının köməkliyi ilə yaranan problem həll edilərək, yolda digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Samir Əli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR