İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil məscidin hasarına çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

733 29.12.2023 10:17 Hadisə A A

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR