İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Şamaxı yolunda ana və 3 yaşlı qızını maşın vurub - ANBAAN VİDEO

896 04.05.2023 19:56 Hadisə A A

Bu gün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi "İsuzu" markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir daha bütün sürücülərdən xahiş edirik ki, yollarda sürət həddinə ciddi əməl etsinlər, sükan arxasında telefondan istifadə etməsinlər və piyada keçidlərinə yaxınlaşdıqda diqqətli olsunlar. Nəzərə alsınlar ki, yolda ani bir diqqətsizlik sonda ağır bir faciəyə səbəb olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR