İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda həyəcanlı anlar: Xəsarət alanlar var

3619 04.10.2022 10:58 Hadisə A A

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. 

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə məlumatlıdırlar:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR