İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Dövlət Universitetinin korpusunda istilik yoxdur? - RƏSMİ CAVAB

1256 18.12.2023 17:35 Gündəm A A

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı korpusuna istilik enerjisinin verilməsində problemlər yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, təhsil ocağının birinci korpusunda 1 aydır ki istilik yoxdur

"Səbəb qazanxanada təmir işlərinin aparılmasıdır. Tələbələr soyuq otaqlarda tədrisə davam edirlər".

Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Quliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, korpusda istiliklə bağlı problem yaşanırdı. Lakin artıq məsələ öz həllini tapıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR