İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan və Şahramanyanla bağlı MÜHÜM MƏLUMAT

4111 01.11.2023 16:27 Son xəbər A A

“Ermənistanda “seçimlə ədalət” artıq tarixə qovuşub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan parlamentin həyətində jurnalistlərlə söhbətində bildirib.

Jurnalistlər Argişti Kərəmyana hakim partiyanın deputatı Artur Ovannisyanın müxalifətçi həmkarına “qulağını kəsərəm”, “dilini kəsəcəm” kimi təhdidlərini xatırladıblar. Bunların cinayət xarakterli olmadığını soruşduqda Kərəmyan cavab verməkdən yayınıb:

“Mən konkret işlə bağlı heç nə deyə bilmərəm. Zəhmət olmasa, xüsusi sorğu göndərin. Sizi əmin edirəm ki, hər şey ətraflı şəkildə təqdim olunacaq. Cinayət-Prosessual Məcəlləyə görə, cinayət barədə protokol olmalıdır. Sizcə, mən hər şeyi bilirəm?”, - deyə erməni rəsmisi söyləyib.

Jurnalistlər ondan qondarma qurumun “Təhlükəsizlik Şurasının” keçmiş “katibi” Samvel Babayan və Qarabağ “prezidenti” Samvel Şahramanyanın dindirilməyə dəvət edilib-edilməməsi barədə soruşublar. Kərəmyan bu xəbəri nə təsdiq, nə də təkzib edib:

“Bu suala cavab verməyəcəyəm, çünki ibtidai istintaq gedir”.

Qarabağ savaşı ilə bağlı İstintaq Komitəsinin başlatdığı prosesə toxunan Kərəmyan həddini aşan cümlələr işlədib:

“Biz eksklüziv olaraq etnik təmizləmə kontekstində cinayət işini başlatmışıq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR