İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlını ərə verməyə cəhd edən valideynlərdən izahat alındı

730 11.12.2023 17:28 Sosial A A

"Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eləcə də rayon polis şöbəsinə göndərilib və faktın araşdırılmasına başlanılıb".

Bu barədə Musavat.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Məlum olub ki, ailələr arasında  kiçik nişan mərasimi təşkil olunub. Azyaşlının valideynləri rayon polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb. Daha sonra valideynlərin izahatları alınıb. Qeyd olunub ki, onlar etdikləri əməldən peşmandırlar və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR