İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA

4586 10.08.2023 11:02 Son xəbər A A

"Aztelekom" telekommunikasiya şirkəti iddialarla bağlı açıqlama yayıb. 

Musavat.com-a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik: 

"Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, "Aztelekom" MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb. Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq."

***

Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan "Aztelekom" telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info iddia edir ki, "Aztelekom"da 2 şəxs həbs edilib. Onların FETÖ-çu olduğu ehtimal edilir. Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələyə aydınlıq gətirmək üçün "Aztelekom"la əlaqə saxladıq. "Aztelekom" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva News24.az-a bildirdi ki, bu barədə heç kimə açıqlama verilməyib:

"Bu barədə heç bir media qurumuna açıqlama verməmişik. Rəsmi sorğu göndərin".

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR