İnsanlara hürriyət, millətlərə istiqlal!

“AzParking” əməkdaşı ilə sürücü arasında mübahisə – 20 manatlıq cərimə narazılıq yaratdı VİDEO

839 14.06.2026 18:02 Hadisə A A

Bakı şəhərində “AzParking” əməkdaşı ilə vətəndaş arasında narazılıqla nəticələnən mübahisə yaşanıb.

Musavat.com xəbər verir ki, hadisə şahidlərinin və vətəndaşın iddiasına görə, o, avtomobilini qısa müddətlik saxlayaraq yaxınlıqdakı mağazaya daxil olub.

Bir neçə dəqiqədən sonra geri qayıdan sürücü avtomobilinin şəklinin çəkildiyini və 20 manat məbləğində cərimə tətbiq olunduğunu görüb.

Vətəndaş bildirib ki, avtomobili saxladığı ərazidə “AzParking”ə aid hər hansı nişanə və ya məlumat lövhəsi olmayıb. Onun sözlərinə görə, bu səbəbdən ödənişli parklanma zonasında olduğunu bilməyib.

Hadisə zamanı tərəflər arasında mübahisə yaranıb. Sürücü cərimənin qanunsuz olduğunu iddia edərək qərara etiraz edib.

Qeyd edək ki, oxşar hallarla bağlı ictimai narazılıqlar əvvəlki dövrlərdə də gündəmə gəlib. Vətəndaşlar əsasən parklanma zonalarının nişanlanması və məlumatlandırmanın yetərsizliyindən şikayət edirlər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR