İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərsu": Magistral su kəmərində baş verən qəza ilə bağlı işlər davam edir

710 16.10.2022 15:55 Hadisə A A

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.

Bu barədə Musavat.com-a "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.

Bir qədər əvvəl FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR