İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərreyl" klubu amerikalı voleybolçu transfer edib

472 14.09.2023 21:24 İdman A A

Qadın voleybolçulardan ibarət “Azərreyl” heyətinə daha bir legioner qatıb.

Klubdan verilən məlumata görə, “dəmiryolçular” amerikalı Tauri Mejini transfer ediblər.

186 santimetr boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti” komandasından transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Bununla da “Azərreyl”in rəsmi müqavilə bağladığı voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın "sükanı arxasına" gətirilib.

Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR