İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı qadın Rusiyada çətin durumda - Əri ”sən mənə uşaq doğma üçün lazım idin” dedi və...

1067 23.05.2023 20:25 Hadisə A A

Rusiyada yaşayan azərbaycanlı qadın övladları ilə birgə vətənə gəlmək istəsə də, həyat yoldaşı onu təzyiq və təhdid altında saxlayır, uşaqlarını əlindən alıb.

Musavat.com bildirir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

Qurum sədri bildirib ki, bu gün qadının Rusiyadan deportasiya ediləcəyi gözlənilir:

“Rusiyanın İvanovsk bölgəsinin Taykovo şəhərində Azərbaycan vətəndaşı, Gədəbəy sakini Nəcəfova Şəlalə Xanlar qızı çətin durumdadır. Xanımın iki övladı var. Həyat yoldaşı tərəfindən mütəmadi şiddət görür. Fiziki, psixoloji, iqtisadi şiddət göstərən ər, ona "mənə sən, uşaq doğmaq üçün lazım idin" deyərək, onun geri dönməsi üçün bütün aşağılayıcı vasitərlərə əl atır. Əri nikahı rəsmiləşdirməyib. Şəlalə üçün vaxtlı-vaxtında miqrasiya qaydalarını icra etməyib.

Şəlalə orda dəfələrlə polisə müraciət etsə də ona kömək edən olmayıb. Rus dilini demək olar ki, bilmir. Hazırda ərinin "köməyi" ilə uşaqlar anadan götürülüb. Ehtimal ki, deportasiya ediləcək. Bu gün məhkəmədir. Ərinin də istəyi odur ki, uşaqlar Rusiyada qalsın, Şəlalə isə oranı tərk etsin”.

Mehriban Zeynalova bildirib ki, qadın artıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatına müraciət edib.

“Şəlalə mənim məsləhətimlə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının qaynar xəttinə zəng vurub. O cümlədən təşkilatımızın vəkili ona onlayn hüquqi yardım göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi, çox xahiş edirik, Şəlaləyə dəstək göstərin”, - deyə, qurum sədri qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR