İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi -FOTOLAR, VİDEO

1885 12.09.2023 13:47 Gündəm A A

Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının oğlunun dəbdəbəli toyuna məşhur ulduzlar axın edib. 

Musavat.com Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən məclisə Əməkdar artist Ədalət Şükürov, türkiyəli müğənnilər Ziynət Sali, Adil Karaca, Azərbaycan əsilli rusiyalı ifaçılar "Jony” (Cahid Hüseynli), "Bahh Tee” (Bəxtiyar Əliyev), "HammALİ & Navai” (Aleksandr Əliyev və Nəvai Bəkirov) çıxış ediblər. 

Diqqət çəkən məqam isə sözügedən gecədə Ədalətin səhnədə ifası zamanı Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun qol qaldırıb rəqs etməsi olub. 

Şükürov məclisdə səhnə alan bir sıra həmkarları ilə bir araya gələrək, xatirə "selfi”lər çəkdirib. Həmin şəkilləri isə Əməkdar artist sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR