İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanın uzaqda olması bizim üçün problemdir" - Roberto Martines

1822 10.10.2022 19:34 İdman A A

"Çox maraqlı qrupdur. Müxtəlif üslublarda oynayan komandalara rəqib olduq”.

Qol.az xəbər verir ki, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martinez Avro-2024-ün püşkünü dəyərləndirərkən deyib.

Belçika millisi F qrupunda Azərbaycan, Avstriya, İsveç və Estoniya milliləri ilə mübarizə aparacaq. Martines Belçika mətbuatına açıqlamasında püşkdən razı qaldığını dirib. O, yalnız Azərbaycan millisi ilə ilk dəfə qarşılaşacaqlarını xatırladıb: “Qrupumuzda 6 yox, 5 komandanın olması yaxşı haldır. Buna görə gənc oyunçuların yığmaya uyğunlaşması üçün hazırlıq matçlarını planlaşdıra bilərik. Avstriyanın təcrübəli məşqçisi var (Ralf Ranqnik - red.). Bu komandaya qarşı oynamağımızdan xeyli vaxt keçib. İsveç Millətlər Liqasında hamımızın gözlədiyi kimi yaxşı nəticə göstərə bilmədi. Estoniya yaxşı tanıdığmız rəqibdir.

Yalnız Azərbaycan millisi bizim üçün yeni rəqibdir. Amma deyə bilərəm ki, bu komanda xeyli inkişaf edib. Azərbaycan çox uzaqdadır. Bu da bizim üçün bir problemdir”.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR