İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət etdi

371 21.12.2023 18:03 Region A A

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını "consul_ankara@mission.mfa.gov.az" elektron poçt ünvanına göndərməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR