İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın siyasi qələbəsi- 4 kənddən sonra...

715 24.05.2024 14:59 Dünya A A

“4 kəndin Azərbaycanın nəzarətinə keçməsi şübhəsiz ki, Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin uğurudur. Çünki tək bir tələblə, heç bir itki vermədən, güllə atılmadan, kənar vasitəçi olmadan biz buna nail oluruq”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib. O deyib ki, Qazax rayonunun 4 kəndinə nəzarətin bərqərar olması, eyni zamanda sərhədlərin delimitasiyası bölgədə təhlükəsizlik sisteminin gücləndirilməsi üçün də mühüm addımdır:

yap_ilyas_140320.jpg (91 KB)

“Məhz siyasi iradə və prinsipiallıq nəticəsində Azərbaycan buna nail oldu. Prezident ilin əvvəlində yerli telekanallara müsahibəsində də fikir bildirmişdi ki, məhz bu kəndlər bizə qaytarılmalıdır. Azərbaycan milli iradə göstərərək Prezidentin rəhbərliyi altında buna nail oldu. Eyni zamanda hər iki tərəfdə sərhədçilər xidmət çəkəcəklər. Bu, eskalasiya risklərini azaldır, gərginliyi aşağı salır. Bu, çox mühüm bir amildir. Ümid edirəm ki, sərhəd perimetri boyunca biz sərhəd dirəklərinin, məftillərinin quraşdırılmasını, eyni zamanda sərhədçilərin öz fəaliyyətini bərqərar etməsinin şahidi olacağıq.

Bu, tarixi bir qələbə kimi səciyyələnə bilər. Çünki məhz 4 kənd I Qarabağ müharibəsi zamanı işğal olunmuşdu. Kəndlərdə qətliamlar həyata keçirilmişdi, burada Bağanis Ayrım kəndi xüsusi vurğulanmalıdır. Bu, bizim qan yaddaşımızdır. Məhz bu kəndləri sülh yolu ilə Azərbaycanın Vətən müharibəsində, lokal tipli antiterror tədbirləri nəticəsində qazandığı tarixi qələbənin bir nəticəsi kimi qiymətləndirmək olar”.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR