İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın siyasi-ictimai gündəliyinin mühüm xəbərləri Moldovanın KİV-də geniş yayımlanıb

916 08.12.2022 11:26 Media A A

Azərbaycanın siyasi-ictimai gündəliyinin mühüm xəbərləri Moldovanın KİV-də geniş yayımlanıb. 

Musavat.com xəbər verir ki, Moldovanın tanınmış, böyük oxucu auditoriyasına malik olan POİNT.MD və DOSARMEDİA.MD saytlarında Şəkidə aparılan arxeoloji qazıntılar zamanı Şəki xanı Məhəmmədhüseyn Muştaqiya aid qalıqların tapılması, qalıqların Heydər Əliyev Fondunun dəstəyi ilə Böyük Britaniya, Avstriya, Estoniya və Türkiyəyə ekspertizaya göndərilməsi və ekspertizanın nəticələrinə əsasən qalıqların həqiqətən Şəki xanına aid olmasının təstiq olunması  barədə ətraflı yazı dərc olunub.

Bundan əlavə, Moldova mətbuatında Azərbaycan ilə Türkiyə birgə hərbi təlimlərinə nəzər yetirilib. Rumın və rus dilində yayımlanan xəbərlərdə iki ölkə hərbçilərinin birgə təlimlərinin Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirildiyi bildirilib. Həmçinin xəbərlərdə qeyd olunub ki, müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən təlimlərdə bütün qoyulan vəzifələr yerinə yetirilib. Təlimlərin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədi ilə təşkil olunduğu oxucuların diqqətinə yetirilib.

Bununla yanaşı, Moldovanın NOİ.MD xəbər portalında Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya Hökumətinin sədrinin müavini Aleksey Overçukun Moskvada keçirilən üçtərəfli görüşü barədə yazı dərc olunub. Yazıda görüşdə dəmir yolunun tikintisi, dəmir yolu əlaqəsinin inkişafı və Azərbaycan, Ermənistan, Rusiya və regionda daşımaların təşkili məsələlərinin müzakirə olunduğu qeyd olunub.

Dərc olan xəbərlərlə aşağıdakı linklərdən daha ətraflı tanış olmaq mümkündür.

https://point.md/ru/novosti/nauka/arkheologi-v-azerbaidzhane-nashli-zakhoronenie-legendarnogo-khana-poeta/

https://dosarmedia.md/descoperire-senzationala-facuta-in-timpul-lucrarilor-de-restaurare-din-complexul-moscheii-shaki/

https://noi.md/ru/raznoe/azerbajdzhan-nachal-shirokomasshtabnye-voennye-ucheniya-s-turciej

https://noi.md/ru/raznoe/turciya-gotova-dejstvovati-vmeste-s-armiej-azerbajdzhana-v-sluchae-lyubyh-ugroz

https://politik.md/azerbaidjanul-si-turcia-organizeaza-exercitii-militare-comune-de-amploare/

https://noi.md/md/diverse/deschiderea-legaturilor-de-transport-in-caucazul-de-sud-discutata-la-moscova

8a091e9d-90c2-4813-aed2-2e0788c9.jpg (236 KB)

527cac3a-01d3-482c-8673-5ddb429d.jpg (279 KB)

43676b64-06ed-4e45-bf3e-8b60f319.jpg (254 KB)

88278816-0706-4af2-af45-ce12fd62.jpg (356 KB)

de759128-6e2f-44d0-98e1-b8b011a1.jpg (282 KB)

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR