İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dostu YUNESKO rəhbərliyində - təyinatdan gözləntilər

1031 02.12.2023 11:57 Gündəm A A

Fazil Mustafa: “Qusmanın orada olması ölkəmizin təşəbbüslərinin təşkilata çatdırılması və gündəmə gətirilməsi baxımından faydalı ola bilər”

Bakılı Mixail Qusman mənzil-qərargahı Strasburqda (Fransa) yerləşən BMT qurumu  YUNESKO-da məsul vəzifəyə seçilib. Bu barədə məlumatı Rusiyanın qurumdakı daimi nümayəndəliyi yayıb.

Bildirilir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman YUNESKO-nun Beynəlxalq Kommunikasiyanın İnkişafı Proqramının Rəyasət Heyətinin üzvü seçilib.

Bakı doğumlu, yəhudi əsilli Qusman Azərbaycanın sadiq dostlarındandır. O, azad edilən Şuşada da olub. 

Bu təyinat rəhbəri qatı ermənipərəst fransızın - Odri Azülenin rəhbəri olduğu və hələ də ölkəmizə qarşı ədalətsiz və kinli mövqe tutan YUNESKO-nun Azərbaycana yanaşmasında hansısa pozitiv dəyişikliyə səbəb ola bilərmi?

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Xəbərlər

 Fazil Mustafa

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa “Yeni Müsavat” a bildirdi ki, Mixail Qusmanın təyinatı oturuşmuş siyasətin kökündən dəyişəcəyi anlamına gəlmir: “Hər halda Mixail Qusmanın YUNESKO-da olması Azərbaycanın təşəbbüslərinin təşkilata çatdırılması və gündəmə gətirilməsi baxımından faydalı ola bilər. Əlbəttə ki, dostların hər yerdə ön mövqedə olması sevindiricidir. Ümid edirəm ki, sözügedən təyinatdan müsbət istiqamətdə istifadə etmək imkanımız olacaq”.  

Günel Səfərova "Omicron"a yoluxdu: “Maskanı çıxarmayın”

Günel Səfərova

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova hesab edir ki, Azərbaycana yaxın insanların beynəlxalq təşkilatlarda vəzifəyə təyin olunması üçün bizim üçün müsbətdir. “Yeni Müsavat” a şərhində G.Səfərova vurğuladı ki,  bu gün münasibətlərdə siyasi gərginlik yaşadığımız Qərb dövlətləri var ki,  bu dövlətlərdə qərarvericilər ermənipərəstdir: “Təəssüf ki, Azərbaycana münasibət birmənalı deyil. Buna görə də analoji müqayisəni aparsaq, vəzifəyə təyin olunan, Azərbaycana loyal münasibət göstərən hər bir insan bizim üçün uduş sayıla bilər. Yetər ki, o vəzifəsini davamlı, ardıcıl və qərəzsiz yürütsün. Yeri gəlmişkən, düşünürəm ki, qərəzli ifadəsi bəzən beynəlxalq təşkilatların, xarici dövlətlərin Azərbaycana olan münasibətini tam əhatə etmir. Xatırladım ki, Birinci vitse-prezident Mehriban Əliyevanın YUNESKO-da kifayət qədər qərarverici təmsilçiliyi olub. Mixail Qusmanın hazırkı mərhələdə bu vəzifəyə gəlməsi Azərbaycan üçün önəmli rol oynaya bilər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən talan edilmiş, viran edilmiş, məhv edilmiş, xristianlaşdırılmış, erməniləşdirilmiş abidələr var. Bu faktların üzə çıxarılması, o cümlədən doğru informasiyanın, yəni Azərbaycanın işğaldan sonrakı dövrdə tikilən abidələrə belə sahib çıxması ilə əlaqədar informasiyanın çatdırılmasında Mixail Qusman bəlkə də köməklik edə bilər. Azərbaycanın qınanıldığı mövqelərdən biri, xristian aləminin bəzən ciddi qisminin əlində əsas götürdüyü məsələ Azərbaycanın o abidələri guya ”hədəfə alması"dır. Bəlkə də YUNESKO-nun mandatına uyğun olan abidələrlə Azərbaycanın necə davrandığını, mədəniyyətə münasibətini göstərən, doğru informasiyanın heç olmasa müəyyən qisminin çatdırılmasında Mixail Qusmanın rolu ola bilər. İstənilən halda Azərbaycanın dünyaya qapanmaq niyyəti yoxdur. Xarici siyasətimiz də onu göstərir ki, Azərbaycan davamlı və etibarlı tərəfdaşlardan biridir. Biz siyasi, iqtisadi və digər sahələrdə mövqeyini və hədəflərini açıq bildirən ölkəyik". 

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təxminən 1 il öncə YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib. Birinci xanım YUNESKO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya ünvanladığı məktubunda vəzifəsindən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması, bununla da, YUNESKO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkanı xaricində olması ilə əsaslandırıb. Lakin bəllidir ki, bu qərarın verilməsində YUNESKO-nun Azərbaycana münasibəti önəmli rol oynayıb. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın eyni zamanda mədəni irsimizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti digər beynəlxalq təşkilatlar kimi, YUNESKO tərəfindən də heç vaxt pislənilməyib. İşğal müddətində dəfələrlə məlumat verilməsinə baxmayaraq, Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməyib. 

Azərbaycan Prezidenti İlham Əliyev də YUNESKO-nun ölkəmizə qarşı qərəzli münasibətinə dəfələrlə etirazını bildirib.

“Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı YUNESKO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl YUNESKO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu YUNESKO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik. Biz YUNESKO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, YUNESKO öz beynəlxalq statusunu saxlasın. YUNESKO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR